psixoloq.info » Xəbərlər » Autizmi necə təyin etmək olar?

Autizmi necə təyin etmək olar?

Nurlan 979
Tibb elmində ilk dəfə 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən işlədilən Autizm hər bir dövrün qorxunc sindromu illər boyu ailələrin ən qorxunc psixoloji diaqnozu olub. Əsrin bəlasına çevrilən və illər ötdükcə sayı çoxalan bu xəstəlik körpənin 3 ayından etibarən xüsusi həkim və ya sixoloq tərəfindən müəyyən edilə bilər. Xüsusən ətrafdakı insanlara qarşı layeqidlik, yaşıdlarından qaçmaq, danışarkən təkrara yol vermə, gündəlik situasiyaları anlamaqda çətinlik çəkmək, sosial münasibətlərdə, nitq və ünsiyyətdə, əsasən də təxəyyüldə pozğunluq bu xəstəliyin başlıca kliniki tezahürləridir. Xəstəliyin yaranma səbəbləri konkret olaraq elmə aydın olmasa da, alimlər elmi təcrübələrinə əsaslanaraq Autizmi genetik və ya hamiləlikdə keçirilən hər hansı bir xəstəliklə əlaqələndirirlər. Əsrin epidemiyası adlanan bu psixoloji xəstəliyin tam olaraq müalicə və ya dərmanı mövcud deyil.

Autizmin səbəbi məlum olmadığı kimi tam müalicəsi üçün də hal-hazırda hansısa üsul və ya dərman mövcud deyil. Lakin alimlər bu xəstəliyin yaranma səbəbini təxmini tapıblar. Kolumbiya Universitetinin mütəxəsisləri siçanlar üzərində apardığı elmi tədqiqatların nəticəsində müəyyən ediblər ki, Autizm xəstəliyinə tutulan insanın beyində sinoptik sinir rabitələrinin sayı anomal dərəcədə çoxdur. Lakin yaş irəlilədikcə sinoptik sinir rabitələr tədricən yox olur.
Bir müddət öncə İngilis psixoloqları bu xəstəliklə bağlı maraqlı bir açıqlama veriblər. Belə ki, onlar qoxu alma yolu ilə autizmin test edilə biləcəyini vurğulayıb.
Araşdırmaya qatılan uşaqlara buruna bağlanan qırmızı bir xortum xoş və ya xoşagəlməz qoxuları burna daşıyarkən, yaşıl xortum isə nəfəs alma formalarındakı dəyişmələri qeyd etdi. Lakin autizm uşaqların qoxulara görə nəfəs alma formalarının dəyişmədiyi görüldü. İyləmə testinin erkən diaqnoza faydalı ola biləcəyi də ifadə edildi.

Qeyd: Əgər uşağınızda bu xüsusiyyətlərin bir necəsini müşahidə edirsinizsə vaxt keçirmədən bir psixoloqa müraciət edin. Çünki ilkin diaqnoz çox önəmlidir. Bətindəki körpənin autizmin sindromu olduğunu hamiləlik dövründə müəyyən etmək mümkün deyil. Autizmdən əziyyət çəkən uşaqların inkişafının ümumi qanunauyğunluğu ondan ibarətdir ki, onların təfəkkürünün inkişafında əks olunan bəzi psixoloji funksiyalar irəliləyə, bəziləri isə geriləyə bilər.

Məqaləni paylaş

Rəyini bildir