psixoloq.info » Xəbərlər » Çox işləmək stresi artırıb, zəkanı azaldar

Çox işləmək stresi artırıb, zəkanı azaldar

Nurlan 980
İş Qanununa əsasən həftəlik iş müddəti 45 saatı keçməməlidir. Hər hansı bir səbəbdən dolayı iş vaxtı 45 saatı keçərsə, artıq bu "mesai" yəni çox iş olaraq qiymətləndirilir və buna görə də işçiyə maaşından əlavə pul və ya işçinin istəyinə görə sərbəst vaxt verilir. Bu da hər kəsə şamil olmaya bilər. 18 yaşlı, fiziki zəif, əməliyyat keçirən və ya uşaq dünyaya gətirən xanımlar vaxtından çox işləyə bilməz. Lakin məmurun davamlı olaraq "mesai" yə qalması qanuna ziddir. İş qanununa görə, məmur ildə ən çox 270 saat çox işləyə bilər. Lap işçinin razılığı olsa belə, bu qoyulan illik müddəti keçmək qanun pozuntusu kimi qəbul edilər.
Bir müddət öncə Amerika jurnalı bu mövzu ilə bağlı maraqlı bir yazı yayımlayıb. Belə ki, "American Journal of epidemology" dərgisində nəşr olunan bir araşdırmaya görə, həftədə 40 saatdan artıq çalışan və bunu davamlı edən şəxslərin psixoloji durumunda xoşagəlməz dəyişikliklə yanaşı, zəkası da zamanla zəifləyər. Araşdırmanı aparan mütəxəssisləin iddiasına görə, davamlı olaraq 40 saatdan çox çalışmaq, işçinin karieri üçün faydalı olmadığı kimi, eyni zamanda onun immunitet sistemini də zəiflədir və nəticədə həmin şəxsin xəstə olmasını asanlaşır. Təhsil səviyyəsi yüksək olan məmurlar digər həmkarlara nisbətən daha çox işə vaxt ayırır və beləliklə stres, az və keyfiyyətsiz qidalanma nəticəsində bədən zəifləyir. Vaxtını əyləncədən, ailəsindən çox işinə sərf edən şəxlərin beyini yüklənir və zəka geriləyir. Bu fasiləsiz olarsa irəlidə qorxunc xəstəliklərə də səbəb ola bilər. Alimlər keyfiyyətli kadr və mükəmməl iş nəticəsi üçün şirkət rəhbərləri və işçılərə gün ərzində maksimum 6 saat, həftədə isə 40 saat işləməyi məsləhət görüblər.

Sevda Babayeva

Məqaləni paylaş

Rəyini bildir