psixoloq.info » Xəbərlər » Alış-veriş xəstəlikdirmi?

Alış-veriş xəstəlikdirmi?

Gunay.R 940
Yəqin ki, hər birinizin şkafında mağazadan evə gətirdiyi, lakin bir dəfə belə geymədiyi geyim var. Təəssüflər olsun ki, bir çoxumuz sözün əsl mənasında bizə lazım olmayan əşyaları, yaxud geyimləri almağa meyilliyik. Bu geyimləri geyməməyimizin bir çox səbəbi ola bilər. Ölçüsü artıq sizə uyğun gəlmir, dəbdən düşüb və yaxud sevmədiyiniz rəngdədir. Əslində, səbəb elə də maraqlı deyil. Əsas olan odur ki, o artıq qarderobumuzda lazımsız şəkildə mövcudluğunu davam etdirir. Amerikalı psixoloq Kit Yarrou nəyə görə impulsiv, yəni düşünülməmiş alış-veriş etdiyimizi izah edir və bununla necə mübarizə aparmalı olduğumuzu izah edir.

Çatışmazlıqları görməməzlikdən gəlirik
Alış-veriş prosesinin əksəriyyəti böyük endirimlər səbəbindən edilir. Bu faktdır. Əgər hər hansı bir mağazada endirim varsa, böyük ehtimalla istehlakçılar hətta onlara elə də lazım olmayan əşyaları alacaqlar. Burada bəzi hisslər şüuraltımızdan qaynaqlanır. Aşağı qiymət səbəbindən bu və ya digər geyimin çatışmayan cəhətlərini görməməzlikdən gəlirik.

Təxəyyül zamanı
Yeniliklər arxasınca mağazalara səfərimiz çox vaxt gələcək haqqında şəxsi fantaziyalarımız ilə müşahidə edilir. Biz geyimləri yoxlayır və özümüzü onlarda müxtəlif tədbirlərdə, hətta qızğın müzakirələrin iştirakçısı kimi təsəvvür edirik. Əgər yaratdığımız obrazı bəyəniriksə, mütləq olaraq həmin geyimi əldə edirik. Promlem ondadır ki, beynimizdə canlandırdığımız vəziyyətlər əslində real həyatımızdan qat-qat uzaq ola bilər. Nəticədə, yeni aldığınız şalvar və yaxud libas heç işinizə yaramaya bilər. Adətən gələn mövsüm ölçüsü bizə dar olan geyimləri bu səbəbdən alırıq.

Sevimli əşya
Əksər hallarda impulsiv alış-verişlərin əsas səbəbi bu və ya digər əşyanı çox sevməyimiz faktıdır. Məsələn, bir xanım ürəyincə olan bir geyimlə qarşılaşır və onu alır. Daha sonradan isə onu geymir. Çünki ya onun cırılmasından qorxur, ya da heç vaxt baş tutmamaq ehtimalı olan xüsusi bir hal üçün saxlayır. Bundan əlavə, bir çox insanlar etiraf edirlər ki, bəyəndikləri əşyanın iki və yaxud daha çoxunu alırlar. Hər ehtimal üçün…

Pis əhval
İnsanların pis əhval-ruhiyyəyə sahib olduqda alış-verişə üz tutması nadir hal deyil. Bu zaman şkafınızda normal vəziyyətdə yaxın belə durmayacağınız əşya və geyimlər peyda olmağa başlayır. Əgər bu artıq baş veribsə, gec olmadan onu mağazaya qaytarmağa çalışın. Hər hansı bir əşyanı alarkən qəlbinizin dərinliyində bu əşyaya ehtiyac duymadığınızı hiss edirsinizsə, mütləq olaraq satıcıdan və yaxud satış məsləhətçisindən mağazada məhsulların geri qaytarılması şərtləri ilə maraqlanın.

Alış-veriş daha çox qadınların maraq sahəsinə daxildir. Araşdırmalar qadınların kişilərə nisbətlə daha aktiv alver etdiklərini, daha çox nəsə axtardıqlarını və vitrin gəzdiklərini göstərir. Alver dəqiq bir məqsədə istiqamətli olduğu zaman əyləncəli bir fəaliyyətdən işə çevrilə bilir: Məsələn, ehtiyac duyulan bir şeyi axtarıb tapmaq və sonunda ala bilmək. Nəsə almaq insanda məmnuniyyət hissi yaradır.

Əvvəllər alver ehtiyacların aradan qaldırılması mənasını verərkən, son illərdə artıq bəzi romantik ehtiyacların aradan qaldırılmasına də cavab verir. Bu səbəbdən işin bir də romantik ölçüsü var, çünki yeni bir şey almaq bir çox insana özünü yaxşı hiss etdirən və həyatın bir çox sahəsində asanlıqla hiss etmədiyimiz güc verə bilər.

Alış-veriş hirsi deyil, kədəri yüngülləşdirir.
Burada nəyisə qaçırmaqdan qorxmaq duyğusu yaranır. Təbii ki bu qorxu eyni zamanda başqalarıyla da rəqabət etdiyimizi daha da artırır. Çünki insan başqalarının sahib olmaq istədiyi bir şeyə sahib olmağı istəyir. Bir də bu əslində nə qədər xərclədiyimizdən çox nə qədər az pul verdiyimiz və nə qədər pulu qurtardığımıza diqqət yetirmək lazımdır.
Alver həyatın mərkəz nöqtəsi halına gəlməsi təhlükənin başlanması deməkdir.

Alver etmək yaxşı hisslər bəxş etdiyi üçün bu, sonsuz dövr halına gələ bilər, yeni bir şeyi alaraq nə qədər xoşbəxt və şən olursansa, xoşbəxt hiss etdirən fəaliyyəti təkrar etməyə insanda bir o qədər istək yarana bilir. Bu, xoşbəxtlik və özünü yaxşı hiss etmək demək deyil. Yəni alver edərək daha yaxşı hiss etmə, daha yaxşı hiss etdiyin üçün yenə alver etmə və sonra yenə yaxşı hiss etmə kimi bir sonsuz dövr adamı "cənginə" ala bilir. Və əlbəttə ki, burada asılılıq təhlükəsi ortaya çıxa bilir.

Qazanclı alver nə demək?
Qazanclı alver əslində həqiqətən ehtiyac duyduğunuz məhsulları uyğun qiymətə almaqdır. Ancaq endirim dövrlərində bir çox insan tərəfindən arzu edilən, mümkün olduğu qədər çox şey alınır və nəticə əslində qazancdan çox maliyyə baxımından zərər olur.

Alış-veriş xəstəliyini "müalicə etmək" mümkündür?
Bəzən elə vəziyyət yaranır ki adam, özünü bir şey almağa doğru itələyən və idarə edilə bilməz bəzi arzu və istəklərə sahib ola bilir. Və bunun nəticəsində alver edərək gərginlik və psixoloji vəziyyətlərlə keçici bir rahatlama hissi olur. Bu davranış əsasən qadınlarda olur. Onlar depressiyada olarkən özlərini yaxşı hiss etmək və mənfi ruh halından uzaqlaşmaq üçün alış-verişdən yararlanırlar. Alverin maddi çətinliklərə gətirib çıxarması səbəbindən də günahkarlıq və peşmanlıq yaşana bilir.

Alış-veriş xəstəliyi qayğı və depressiyanı özü ilə gətirir.
İnsanlar həddindən artıq alver etmə şikayəti ilə müalicəyə oluna bilərlər. Çünki həddindən artıq alver xəstəliyi, özü baş edilə bilməyən bir çox qayğını, depresif ruh halını və adamın özünü nəzarət etməkdə çətinlik çəkdiyi başqa davranışlara yol aça bilir.

Məqaləni paylaş

Rəyini bildir