psixoloq.info » Xəbərlər » Orucun psixoloji təsirləri

Orucun psixoloji təsirləri

Gunay.R 933
Son illər dinin insan psixikasına təsiri barədə geniş miqyasda tədqiat aparmış iki kanadalı tədqiqatçı insanlar arasında apardıqları testlərin nəticəsi olaraq bildirmişlər ki, insanların əksəriyyəti din və Allah barədə fikirləşdikcə aramlıq tapırlar və bunun vastəsi ilə də həyatda qarşılaşdıqları problemlərlə rahat üz-üzə gələ bilirlər. Bu testlərdə iştirak edən insanlar öz dini inancları, Allaha və dinə aid olan sözlər yazmışlar. Sonra tədqiqatçılar onların bu vəziyyətdəki beyin fəaliyyətini kompyuter vastəsi ilə qeydə almışlar. Nətiədə isə insanların Allah və din bardə fikirləşdikləri zaman beynin bəzi hissələrinin daha aktiv fəaliyyət göstərməsi və bu yolla onlardakı təşviş, iztirab və qəmginliyin azlaması, qəribə rahatlıq və şadlıqla əvəz olunması müşahidə olunmuşdur.
İİR-da bir qrup psixoloq tərəfindən orucun insan psixikasına təsiri və oruc tutanlar arasında depresiyanın həddinin təyin olunmasından ötrü test keçirilmişdir. Bu testdə təsadüfi seçilmə ilə 361 tələbə seçilmiş və iştirak etmişdir. Laızm olan informasiyalar xüsusi blanklar vastəsi ilə toplanmışdır.
Depresiyanın həddinin təyin olunmasından ötrü keçirilən bu testin standartına uyğun olaraq ilk mırhələ 10 gün Ramazan ayından öncə, sonrakı mərhələ isə Ramazan ayından 10 gün sonra keçirildi. Ramazan ayından sonra keçirilən testlərin nəticəsində orta hesablamalara əsasən oruc tutan şəxlərin depresiya həddi oruc tutmayanlardan daha az olduğu üzə çıxdı.

İlahiyyatçı-psixoloq Bəhruz Camal

Məqaləni paylaş

Rəyini bildir