psixoloq.info » Xəbərlər » Dil danışa bilmirsə, əllər kifayət edir

Dil danışa bilmirsə, əllər kifayət edir

Zamir 176
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dil danışa bilmirsə, əllər kifayət edir!” adlı layihə həyata keçirilib.

Layihənin açılış mərasimində layihə rəhbəri Nəzrin Verdiyeva layihə haqqında danışıb. “Dil danışa bilmirsə, əllər kifayət edir!” layihəsinin əsas məqsədi psixologiyada yeni düşüncə tərzi inkişaf etdirməkdir. Azərbaycanda psixoloji xidmət sahəsində çalışan və bu yönümlü təhsil alan insanların işarət dilini öyrənməsi istiqamətində maarifləndirmə,əngəlli insanlara yardımı diqqət mərkəzində saxlamaq,bu sahədə əldə olunan elmi nailiyyətləri təcrübələri paylaşmaq,mövcud olan problemin təhlili və həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdən ibarətdir.
Müasir dövrdə ölkəmizdə fiziki qüsurluluğun psixoloji yardıma əngəl törətməsi olduqca önəmli məsələdir. Hansı ki, fiziki qüsurun eşitmə və danışma sferasında olması zamanı müşahidə olunur. Onlar özlərini öz dilləri ilə ifadə edə bilirlər. Lakin psixoloji yardım ala bilmirlər.
Bunun əsas səbəbi əksər psixoloqların jest-işarət dilini bilməməsidir. Danışıq və eşitmə əngəlli insanlar sosial həyatlarında müəyyən məhdudiyyətlərlə qarşılaşmaqla əlaqədar çətin situasiyalar yaşayırlar. Belə situasiyada onlarda frustrasiya müşahidə oluna bilər. Onlar normal həyat fəaliyyətlərində ətraflarına aqressiv davranışlar göstərə bilərlər. Əslində hər bir insan kimi onların da psixoloji yardım alma şansı olmalıdır.
Son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan natiq müasir dövrdə ölkəmizdə fiziki qüsurluluğun psixoloji yardıma əngəl törətməsinin olduqca önəmli məsələ olduğunu və bunun əsas səbəbi kimi əksər psixoloqların jest-işarət dilini bilməməsini vurğulayıb. Ümumilikdə 105 gənci əhatə edən layihə çərçivəsində təlimlər vasitəsilə gənclərin işarə dili ilə üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi təşkil edilib. Tədbirin

Dil danışa bilmirsə, əllər kifayət edir
Dil danışa bilmirsə, əllər kifayət edir
Dil danışa bilmirsə, əllər kifayət edir
Dil danışa bilmirsə, əllər kifayət edir

Məqaləni paylaş

Rəyini bildir