psixoloq.info » Xəbərlər » İnklüziv orkestr

İnklüziv orkestr

Zamir 194
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İNKLÜZİV ORKESTR” adlı layihə həyata keçirilib. Layihə sosial istiqamətdə nəzərdə tutulmuş və sağlamlıq imkanları məhdud olan, lakin musiqi bacarığına yiyələnən şəxslərdən ibarət musiqi yarışmasının təşkili üçün nəzərdə tutulub. Layihənin açılış mərasimində layihə rəhbəri Nuranə Hüseynli mövzunun aktuallığından, layihənin məqsədləri, vəzifələri və gözləntiləri haqqında danışıb. O bildirib ki, anadangəlmə və ya sonradanqazanılan fiziki məhdudiyyətli şəxslər cəmiyyətimizin bir hissəsi olub və xüsusi qayğıya ehtiyac duyurlar. Bir çox hallarda onların arasında fitri istetada yiyələnən, müəyyən bacarığa malik olanlara da rast gəlirik. Təəssüf ki, bu şəxslərin bir hissəsi ya bu qabiliyyətini nümayiş etdirməkdən çəkinir, ya da bunun üçün lazımi şəraitdən uzaq olur. “İNKLÜZİV ORKESTR” layihəsinin əsas məqsədi məhz bu şəraiti yaratmaq idi. Məhdudiyyət, çalğı aləti və yaş qrupundan asılı olmayaraq müvafiq kateqoriyaya uyğun şəxslər iştirak üçün dəvət olundu. Əsas məqsəd həmin insanlara kompleksdən azad olmağa yardım etmək, onların bacarığını üzə çıxarmaq, onların fəaliyyətindən ibarət günlər təşkil etmək idi. İştirakçıları bu fəaliyyətdə həvəsləndirmək və dəstəkləmək, bu qəbildən olan layihələrin sayını artırmaq, geniş auditoriya kütləsini cəlb etmək əsas istiqamətlərdən hesab olunur. Eləcə də, cəmiyyətdə uzun müddətdir ki, aktual olan “əlillik” stereotipini qırmaq və insanları bu fikirdən uzaqlaşdırmaq nəzərə alınıb. Layihənin icrası 3 gün davam edib. İlk gün iştirakçılara psixoloq İlahə Məmmədova tərəfindən motivasiya məzmunlu seminar keçirilib. Bu proses onların çıxış zamanı həyəcanını azaltmaq, özgüvəni daha da artırmaq məqsədi daşıyıb. Layihənin 2-ci günü musiqi bacarığına yiyələnən şəxslərdən ibarət musiqi yarışması təşkil olunub. Yarışmada 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri Fatimə İsrafilova, Səməd Novruzov, 38 nömrəli gözdən əlillər üçün 11 illik musiqi məktəbinin şagirdləri Ağaməli Niftəlizadə, Hidayət Bayramov, Gülnaz Talıbova, Zivər Yarıyeva, Məhəmməd Abışov, Nazə Hacıyeva, müəllimləri İlqar Əhmədov, Müşfiq Əmirov, fərdi təhsil almış Elvin Məmmədov, Bakı Musiqi Akademiyasının tələbəsi Nüranə Cabbarlı, Azərbaycan Milli Konservatoriyasının tələbələri Aysel Əlizadə, Xatirə Hacıyeva, Bəxtiyar Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Oqtay Quliyev, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzinin şagirdi Cavid Sadıqov öz bacarıqlarını sərgiləyiblər. Eyni zamanda 38 nömrəli gözdən əlillər üçün 11 illik musiqi məktəbinin direktoru və müəllim heyəti, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müəllimləri və tələbələri də layihədə iştirak edib. Layihənin 3-cü günü iştirakçılara sertifikatlar təqdim olunub və yarışmanın qalibləri hədiyyələrlə mükafatlandırılıb.
İnklüziv orkestr
İnklüziv orkestr
İnklüziv orkestr
İnklüziv orkestr
İnklüziv orkestr


Məqaləni paylaş

Rəyini bildir